-1 C
Baku
Sunday, December 15, 2024

Kredit borcu olan şəxslər ölkədən çıxa bilərmi?

Bəzən ölkəmizdə banklardan alınan kreditləri geri ödəmək o qədər də asan olmur. Bu səbəbdən də hazırda kreditlərini ödəyə bilməyənlərin  borcları çoxalıb. Ümumiyyətlə, hazırda ən çox aktual olan məsələlərdən biri də vaxtı keçmiş kreditlərdir.  Son açıqlamalara əsasən isə, ölkə banklarında yaranmış vaxtı keçmiş kreditlər 938,8 mln manata çatıb.

Problemli kredit borcları olan bir çox ölkələr bunun qaşısını almaq üçün müxtəlif usüllara əl atırlar. Bəzi ölkələr isə banklara yüksək səviyyədə borcu olanların ölkədən xaricə çıxmasına qadağa qoyurlar. Bu qadağanın qoyulmasında məqsəd isə borclu şəxslərin əvvəl-axır banka olan borclarını qaytarmalarına nail olmaqdır.

Lakin banklar üçün bu qərar sərfəli olsa da, bəzi kredit borcu olan və normal şəkildə ödənişlərini edən şəxslər üçün o qədər də arzuolunan deyil.

Bəs görəsən, ölkəmizdə vəziyyət necədir? Azərbaycan banklarına kredit borcu olan vətəndaşlar ölkədən kənara çıxa bilərmi?

Azərbaycanda isə bu qərar biraz fərqlidir. Belə ki, əgər problemli kredit sahibi müəyyən müddət ərzində banka borcunu ödəməyibsə, həmin şəxs həm bank, həm də hüquq-mühafizə orqanı tərəfindən axtarılır. Banka borcunu ödəməyən şəxs ölkədən çıxmaq istəyərsə, hüquq-mühafizə orqanlarının köməyi ilə məsuliyyətə cəlb olunur.

Hazırda əhali banklardan müəyyən məbləğdə kredit götürür. Bildiyimiz ki, kredit götürən şəxslər,  bağlanmış müqavilədə qeyd olunduğu kimi, aylıq olaraq ödəniş etməlidir.  Vaxtlı-vaxtında kreditini ödəyən şəxs isə istənilən vaxt ölkədən çıxa bilər.

Lakin, kredit borcunu ödəyə bilməyən və problemli kredit sahibi olan şəxs haqqında eyni sözləri demək olmaz. Çünki, kredit borcunu ödəməyən şəxslər ölkəni tərk edə bilməzlər. Bankın nümayəndəsi kredit borcunu ödəməyən şəxs ilə əlaqə saxlayır, əgər həmin şəxs axtarışa məhəl qoymursa, bu zaman məhkəməyə verilir.

Problemli kredit sahibi barəsində məhkəmə qərar çıxarır. Bank işçisi problemli kredit sahibini tapa bilməyəndə bu iş məhkəmə icraçısının üzərinə düşür. Bu zaman həmin şəxsin ölkəyə giriş-çıxışına nəzarət olunur. Dövlət Sərhəd Xidmətinin əməkdaşları problemli kredit sahibinin ölkəyə nə vaxt daxil olduğu və ya ölkəni tərk etdiyi barədə məhkəmə icraçısına məlumat verir. Təbii ki, Məhkəmənin qərarına əsasən  həmin şəxsə sərhəddən buraxılmasına icazə verilmir.

Ekspertlər isə qeyd edirlər ki, problemli kreditlərin azaldılması üçün inzibati və təşviqedici metodlardan istifadə olunmalıdır. Bununla da bu növ kreditlərin həcmini azaltmaq olar. Krediti ödəyə ilməyən şəxsə həbs verilməsi, ölkədən kənara çıxmasına qadağa kimi metodlardan istifadə də banklardakı ödənilməyən borcların azalmasına səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər

7 ŞƏRH

Comments are closed.