15 C
Baku
Saturday, April 20, 2024

Kredit borcundan necə xilas olaq?! Yoxlanılmış tövsiyyələr

Müəllif: Elnur Quliyev ,filial müdiri , Bank Standard

Hazırki sosial-iqtisadi durumda dövlət və həmçinin özəl şirkətlərdə aparılan ixtisarlar nəticəsində işsiz qalan insanların düşündürən əsas probləmlərdən biri də  mövcud olan kredit borcundan necə xilas olmaqdır. Özəl sektorda bizneslə məşğul olan sahibkarlar belə 2015-ci ildə ümumiyyətlə satışların zəiflədiyini və hətta satışdan gələn gəlirdən icarə və kredit borcları üzrə xərcləini ödəyə bilmədiklərini etiraf edirlər. Gəlirlərin azalması fonunda banklarda kreditlər üzrə gecikmələrin artması müşahidə olunmaqdadır və bunun nəticəsi kimi bank-müştəri münasibətlərində gərginlik yaranır.

      Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin oktyabrın 1-nə olan statistik məlumata əsasən, bu gün Azərbaycanda hər üç adamdan ən azı birinin bank qarşısında borc öhdəliyi var. Son rəsmi rəqəmlərə əsasən, ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizi və ya 3,7 milyon nəfərin bank və bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı yolla öhdəliyi var. Bu göstərici cari ilin avqust ayı ilə müqaisədə 17 min 275 min nəfər çoxdur. Üç ay ərzində olan artım dinamikası mövcud iqtisadi şərait üçün kifayət qədər yüksək göstəricidi.

     Kreditlərin verilməsi zamani zəif maliyyə təhlili və bankların mövcud rəqabət şəraitində risk iştahasının artması problemli kreditlərin artmasını daha da sürətləndirir. Vətəndaşlar isə kredit götürərkən öz xərclərini və gəlirlərini dəqiq müəyyən edə bilmir və çox zaman ehtiyaclarını yalnız borclanaraq həll etməyə çalışırlar. Krediti götürəndən sonra isə artıq gec olur və insanlar  öhdəliklıkdən qisa müddətədə xilas olmağın yolların axtarmağa çalışırlar. Təbii ki, buna çox zaman nail olmaq olmur lakin bu mümkündür. Kredit borcundan xilas olmaq üçün bəzi yoxlanılmış tövsiyyələrə riayyət etmək lazımdır. Bunlar aşağıdakılardır:

  1. Xərclərinizi planlaşdırın

      Gəlir və xərclərinizi detallı analiz etməyi öyrənin. Bunun üçün ən effektiv və yoxlanılmış metod hər ay xərclərin xüsusi uçotunu aparmaqla nəticələri qeyd etməkdir. Qeydləri kompyuter və ya telefon vasitəsilə aparmağınız daha məsləhətlidir. Bu zaman yaranan statistik rəqəmlər əsas xərclərinizin nədən ibarət olduğunu göstərməklə yanaşı sizə nədə qənaət etmək və pulunuzu daha səmərəli istifadə etməyin mümkünlüyü ilə bağlı məlumat verəcək. Əsas odur ki, kredit üzrə aylıq ödəniş qrafikinə riayət etməyə çalışasınız. Çünki aylıq xərcləri hesablayarkən həyat üçün vacib olan amillər – qida, komunal və sağlamlıqla bağlı xərclərə qənaət etmək heç də asan deyil və bəzən bu ümumiyyətlə mümkün olmur.  Lakin bunanla belə şoppinq və digər emosional əyləncələrdən əl çəkib, bir müddətlik əsas diqqətinizi kredit ödənişinə yönəldə bilərsiniz.

  1. Qənaət edin

     Aylıq xərc planınıza nəzər salaraq onu heç olmasa minimum 10-30% azaltmağa çalışın. Buna nail olmaq üçün isə gündəlik xırda şeylərə etdiyiniz xərclərdən imtina etmək, evdə komunal xidmətlərdən istifadədə maksiumum qənaət etmək, evdən kənarda nahar və ya şam etməyi tərgitməklə mümkündür. Həmçinin yaxın gələcəkdə istifadə etməyəcəyiniz əşya və ya geyim aksesuarları almaq kimi vərdişləri unudun. Bəzən mağazalarda fəsil dəyişkənliyi ilə əlaqədar olaraq endirim zamanı nisbətən aşağı hesab etdiyimiz qiymətədə geyim və ya əşya alarkən qabağa düşdüyümüzü hesab edirik və çoxda düşünmədən alırıq. Lakin unutmaq lazim deyilki bu artıq həmin ayda bizim üçün əlavə xərcdi.

      Yuxarıda sadalananlara əməl etsəniz görəcəksiniz ki, bunlar sizə nə qədər qənaət etmək imkanı verir. Xərclərinizin hərəkət mexanizmini anladıqdan sonra davamlı qənaət etməklə borc və ya kredit öhdəliyini ödəmək üçün sizin əlavə vəsait ayırmaga imkanınız artacaqdır.

  1. Faizləri daha yüksək olan krediti ilk ödəyin

     Bir çox insanların hazırda bir neçə kredit öhdəliyi mövcuddur və xüsusi ilə böhran vaxtı bu kreditləri mümkün qədər daha tez bağlamaq istəyirlər.  Bunun üçün ilk növbədə faizi ən yüksək olan krediti  bağlamaqdan başlamaq lazımdır ki, gələcəkdə əlavə fazi üzrə ödənişdən azad olasınız.

    İkinci növbədə isə ən “bahalı” krediti ödədikdən sonra, ən kiçik olanın ödənişinə keçin.  Bu sizə borclanmaların sayını azaltmaq imkanı verəcək. Yalnız ən sonda uzunmüddətli kreditlərin bağlanmasına cəhd edin.

    Heç nəyə baxmayaraq, aylıq ödənişləri gecikdirmək olmaz, çünki bu həm əlavə cərimə və penyaların hesablanmasına səbəb olacaq, həmdə öz bankınızla növbəti əməkdaşlığınıza mənfi təsir edəcəkdir. Yadda saxlayın ki, hətta bir bankda belə kredit tarixçəniz pisləşərsə adınız birbaşa Mərkəzləşdirilmiş Kredit Reyesterinin “qara siyahı”-na düşür. Bu isə gələcəkdə digər banklardan da ümumiyyətlə kredit alıb-almayacağınızı sual altına qoyur.

  1. Krediti yenidən maliyyələşdirin

     Müsbət tarixşəli borcalanlar banklar üçün olduqca dəyərlidi və buna görə onlar bankın müxtəlif əlavə xidmət və ya məhsullarından yararlana bilirlər.  Bu sırada həmçinin, kreditin yenidən maliyyələşdirilməsi dayanır  – bu xidmət köhnə kredit borcunun bağlanması üçün yeni kredit rəsmiləşdirməyi nəzərdə tutur lakin bu dəfə müştəri artıq mövcud olan borcunun ödənilməsi üçün daha sərfəli şərtlər ilə borc əldə edir. Misal üçün, əgər siz vaxtı ilə istehlak kreditini 29%-lə götürmüsünüzsə və hal-hazırda bankda eyni kredit  25-26%-lə verirlirsə kreditin yenidən maliyyələşdirməyə dəyər.

    Son vaxtlar insanlar bir bankda rahat ödəniş etmək üçün nisbətən iri məbləğdə kredit götürərək digər banklardakı kiçik kreditləri yenidən maliyyələşdirirlər. Lakin kiçik kreditləri bağlamaq üçün daha böyük kredit götürmək yeganə çıxış yolu deyil. Bu çox geniş yayılmış təcrübədir və adatən insanların daha da dərin borc aslılığı ilə nəticələnir. Yadda saxlayın ki, “ən rahat” heç də həmişə “ən sərfəli” olmur. Ona görə də krediti yenidən maliyyələşdirərkən kredit müqaviləsinin şərtlərini diqqətlə təhlil emtək lazımdır.

    Yenidən maliyyələşmə dedikdə çox vaxt uzunmüddətli kreditlər (ipoteka) nəzərdə tutulur ki, bu zaman faiz dərəcəsinin azacıq (minimum 1-2%) da olsa endirilməsi sonda hiss olunacaq qədər məbləğə qənaət etməyə imkan verir.

  1. Aylıq kredit ödənişini artırın

     Adətən banklar krediti vaxtindan əvvəl bağlan müştərilərini sevmir çunki banklar kredit müddət üzandıqca faiz gəlirləri daha çox qazanmış olur. Müştəri isə əksinə, borcu nə qədər qısa müddətə bağlayarsa daha çox qənaət etmiş olur. Bu səbəbdən hər ay kredit ödənişinin həcmini minimum 10% artırmağa çalışın. Başlanğıc aylarda bu məbləğ gözə görünməyə bilər lakin son nəticədə qənaət edə biləcəyiniz fəqri hiss edəcəksiz.

   Lakin eyni zamanda ipoteka, avtomobil və kart kreditiniz varsa, hər bir kredit üzrə ödənişlərin artırılması sizə heç nə verməyəcək. Bu zaman əsas diqqəti kreditlərin kiçikdən böyüyə doğru bağlanmasına yönəltmək lazımdır. Əvvəlcə kartı və avtomobil kreditlərini, sonra isə daha üzün müddətli olan ipoteka kreditini bağlamaq məqsədə uyğundur.

  1. Əlavə gəlir mənbəyi tapın

      Aylıq stabil əmmək haqqı almaqla mövcud kredit öhdəliyindən vaxtından əvvəl xilas olmaq üçün yeganə yol əlavə gəlir mənbəyini müəyyən etməkdir. Əlbətdəki bunu etmək çətindir lakin mümkündür. Önəmli olan vaxtinizi effektiv idarə edə bilmək bacarığıdı.

     Özünüzə bir az əziyyət verin! Vaxtınızı səmərəli istifadə etməklə əsas işinizdən ayrılmada başqa işlərlə də məşgul olmağa çalışın. Fərdi dərslər, konsaltinq, reklam və internetlə baglı olan əlavə ödənişli məşğuliyyət tapın, hansından ki, sonradan asanlıqla imtina edə bilərsiniz. Pul qazanmaq üçün sadəcə 24 saat işləmək lazım deyil sadcə baş işlətmək lazımdı.

  1. İlk fürsətdə krediti bağlayın

      Aydın məsələdirki hər bir vətəndəş istəyirki imkan olan kimi kreidti tam olaraq bağlasın. Kreditin vaxtından əvvəl tam bağlanması zamanı borcalan aylıq kredit ödənişlərindən, həmçinin kredit üzrə hesablanmış faiz xərclərindən azad olur. Kredit üzrə son ödənişi etdikdə mütləq bankdan kreditin tam bağlanması haqqında müvafiq çek və ya arayışı tələb edin, yəni həmin sənəddə sizin banka daha heç bir borcunuz olmadığı əks olunmalıdır.

      Bəzən elə hallar olur ki, hesabda qəpik-quruş qalır və onun üzərinə cərimə faizləri hesablanır. Həmçinin bank əməkdaşı və ya sistem səhvi ucbatında ödəniş etdiyiniz halda  kreditin tam bağlanması baş vermir. Hər iki halda sisitemdə müştərinin qalıq borcu üzərinə cərimə faizləri hesablanır və üstəlik bankda kredit tarixçəsi korlanır. Siz isə müştəri olaraq bunu bir müddətdən sonra xəbərdar olacaqsınız. Bu tip problemlərin vaxtında müəyyən edib aradan qaldırmaq üçün mütləq şəkildə arayışı banka təqdim etmək lazımdır. Yəni, vaxtında borcun olmamsı haqqında sənədi almaqla gələcəkdə ehtimal oluna bilən problemlərdən özünüzü sığortalamış olursuz.

Son xəbərlər
Digər xəbərlər