16 fevral 2017-ci tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) özəl kredit bürosu ilə bağlı görüş keçirilib.
Görüşdə Palatanın rəhbərliyi, büronun yaradılması ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində formalaşdırılan İşçi Qrupun üzvləri, Beynəlxalq Maliyyə Korporasiyasının və yaradılacaq özəl kredit bürosunun 51% səhmlərinə sahib olacaq “Creditinfo” şirkətinin nümayəndələri iştirak edib.
Görüşdə büronun yaradılması ilə əlaqədar görülən işlər haqqında ABA-nın İşçi Qrupu tərəfindən iştirakçılara məlumat verilib. Həmçinin tədbirdə növbəti addımlarla bağlı fəaliyyət planı da açıqlanıb.
ABA-nın İşçi Qrupu bildirib ki, yaxın müddətdə texniki məsələlərin həll edilməsi və büronun səhmdarlarının ilk yığıncağının təşkil olunması planlaşdırılır.