17 C
Baku
Monday, April 22, 2024

Kredit Departamenti Direktorunun Müavini (Qərb Zonası) (Vision Fund AzərKredit)

İŞÇININ VƏZIFƏSI:

Əsas funksiyalar və məsuliyyətlər:

1. Ərazidə kredit əməliyyatlarının düzgün həyata keçirilməsi, monitorinqi və sənədləşdirilməsi:

• Müvafiq regionlarda Şirkətin Strateji Planının icrasını təmin etmək;
• Müvafiq filiallar üçün illik fəaliyyət planı və büdcə hazırlamaq;
• Müəyyən edilən və razılaşdırılan hədəflərin icra edilməsi üçün Regional Menecerlər vasitəsilə filialın gündəlik əməliyyatlarına nəzarət etmək;
• Kredit fəailyyətləri ilə bağlı prosedur və təlimatların hazırlanmasında iştirak etmək, bütün təsdiqlənən siyasət və prosedurlara riayət edilməsini təmin etmək;
• İri kreditlər barədə qərar qəbul etmək üçün kredit ərizələrini qiymətləndirmək və Kredit Komitəsinin yığıncaqlarını keçirmək;
• Davamlı olaraq Kredit bazar təhlili aparmaq, Kredit Siyasətini və məhsulların şərtlərini bazar dəyişikliklərinə uyğun olaraq təkmilləşdirmək, o cümlədən davamlı olaraq yeni məhsullar barədə təkliflər hazırlamaq və onları Kredit Departamentinin Direktoruna təqdim etmək;
• Filialların ofisləri və ya infrastrukturu ilə bağlı mühüm dəyişikliklər, məsələn, yerinin dəyişdirilməsi, təmiri və s. rəhbərliyə tövsiyələr vermək;
• Biznesin fasiləsiz axınını təmin etmək üçün daxili nəzarət sisteminin tətbiqini izləmək;
• Audit tapıntılarında tövsiyə edilənlərə uyğun filiallardan tələb edilən fəaliyyətlərin icrasına müvafiq Regional Menecer(lər) vasitəsilə nəzarət etmək;
• Hər filialda aktivlərin keyfiyyəti, likvidlik, kapitalın adekvatlığı və ehtiyatların yaradılmasına diqqəti yönəldərək adekvat və vaxtlı hesabatlıq sisteminin tətbiqini planlaşdırmaq və təmin etmək;
• Filialda likvidliyin düzgün idarə edilməsini təmin etmək üçün Maliyyə Departamenti ilə əməkdaşlıq etmək;
• Regionda filiallarda insan ehtiyatlarını planlamaq məqsədilə İnsan Resursları Departamenti ilə əməkdaşlıq etmək;
• Monitorinq və ya hesabatlıqla bağlı hər hansı məsələlər üzrə İT/MİS Departamenti ilə məsləhətləşmək və yaranan məsələləri mümkün ən tez zamanda həll etmək.

2. Regionda kredit portfelinin keyfiyyətinin saxlanması:

• Filiallarda kredit gecikmələrini yaxından monitorinq edərək rəhbərlik etmək və bütün siyasət və prosedurlara ciddi şəkildə riayət edilməsini təmin etmək.

3. Regionda kadrların idarə edilməsi:

• Ayrı-ayrı işçilərin fəaliyyət nəticələrinə və komanda işinə görə cavabdehlik daşımaq, aydın müyyən edilmiş fəaliyyət hədəfləri müəyyən etmək, hər bir işçi ilə bağlı inkişaf planları və təlim ehtiyacları üzrə tövsiyələri hazırlamaq;
• Yeni və mövcud əməliyyat əməkdaşlarının təlimləndirilməsi ilə bağlı Təlim və Heyətin İnkişafı üzrə Menecer ilə yaxından əməkdaşlıq etmək.

TƏLƏBLƏR:

• İqtisadiyyat, mühasibatlıq və ya biznesin idarəçiliyi üzrə ali təhsil;
• Maliyyə sektorunda ən azı 5 il iş təcrübəsi, o cümlədən Bank və ya Mikromaliyyə təşkilatında ən azı 2 il rəhbər vəzifədə iş təcrübəsi;
• Mükəmməl yazılı və şifahi Azərbaycan və İngilis dili bilikləri;
• İş vaxtının 30-40% səyahət etmək imkanı;
• Sürücülük vəsiqəsi və sürücülük bacarığı;
• Microsoft proqramları ilə yaxından tanışlıq;
• Güclü liderlik və idarəetmə bacarıqları;
• Münaqişələri həll etmək və problemləri həll etmək bacarığı, qərar qəbul etmək bacarığı;
• İşə peşəkar yanaşma və yüksək etik dəyərlər;
• Təşkilat və onun missiyasına yüksək səviyyədə sadiqlik;
• Təşəbbüskarlıq, komandanı həvəsləndirmək və idarə etmək bacarığı;
• Öz üzərinə məsuliyyət götürmək istəyi və bacarığı və güclü vicdan və düzgünlük hissi.

Bu vəzifəyə uyğun olduğunuzu hesab edirsinizsə, AzərKreditin Ərizə Formasını dolduraraq 15 May 2014-cü il tarixədək [email protected] elektron poçtuna göndərin.
Müraciət edərkən elektron məktubun “Mövzu” hissəsində “Kredit Departamenti Direktorunun Müavini” qeyd edin, əks təqdirdə sizin namizədliyiniz nəzərə alınmayacaq.
Ərizə Formasını buradan yükləmək olar: http://azercredit.az/az/career/how_to_apply

E-ünvan: [email protected]

Faks: (+994 12) 597 30 39

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər