12 C
Baku
Friday, March 29, 2024

Kredit inzibatçılığı şöbəsinin Baş Mütəxəssisi – AFB Bank

ƏMƏLİYYAT DEPARTAMENTİ

Vəzifə: Kredit inzibatçılığı şöbəsinin Baş Mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
• Kredit inzibatçılığı üzrə biliklərə sahib olmaq;
• Akkreditivlərlə və SWIFT sistemində işləmək bacarığı;
• Analitik düşünmə və təhlil bacarığı;
• Azərbaycan, Rus və İngilis dili bilikləri;
• Təşəbbüskar və novator olmaq;
• İş zamanı dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kollektivdə işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• Təsdiq olunmuş kredit sənədlərinin yoxlanması və bankın əməliyyat sisteminə yığılması;
• Akkreditivin açılması və müvafiq banka SWIFT mesajının göndərilməsi;
• Ölkədaxili və beynəlxalq təminat məktubları sənədlərinin yoxlanması, onların hazırlanması, tələb olunan zaman qarşı banka SWIFT mesajının göndərilməsi və onların əməliyyat sisteminə yığılması;
• Akkreditiv və qarantiyalar üzrə kontragent banklarla danışıqlar həyata keçirtmək;
• Kredit inzibatçılığına aid digər işləri görmək.

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit inzibatçılığı şöbəsinin Baş mütəxəssisi” qeydi edərək [email protected]elektron ünvanına göndərməyinizi xahiş edirik.

Son xəbərlər
Digər xəbərlər