Ötən ilə nisbətən nağdsız ödənişlərdə istifadə edilən kredit kartlarının sayında 1 milyona yaxın azalma müşahidə edilib.
Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Sahib Ələkbərovun sözlərinə görə, azalmanın bir neçə səbəbi var: “Ötən il kredit kartlarının sayı 6,4 milyon ədəd idi, indi isə bu 5,4 – 5,5 milyona düşüb. Bütövlükdə bizim büdcə daxilolmaları ilə bağlı ən ağrılı məsələmiz nağdsız ödənişlərin səviyyəsinin aşağı olmasıdır”.
Nazir müavini deyib ki, yeni stimullaşdırıcı tədbirlərlə bağlı müraciət 3 əvvəl edilsə də hələlik yenilik yoxdur: “Hazırda müzakirələr gedir”.
Report