3 C
Baku
Saturday, December 14, 2024

Kredit kartlarımız belə qorunacaq

MasterCard və Visa şirkəti haker hücumlarından müdafiə üçün kartlarını yeni sistemlə idarə edəcək.

ANS TV-nin məlumatına görə, MasterCard şirkəti Avropada məqsədi bankların və ödəniş operatorlarının haker hücumlarından mühafizəsinin təmini olan Safety Net texnologiyasını təqdim edib.

Onun servisi mürəkkəb alqoritmdən istifadə edərək eyni anda çoxlu kanal və regionlara nəzarət edir, şirkətin və onun tərəfdaşının fəaliyyət göstərdiyi hər bazar üçün yüksəksəviyyəli təhlükəsizliyi təmin edir.

Bundan başqa, MasterCard kredit kartları buraxan banklar üçün tokenizasiya adlı texnologiyasından istifadə edir ki, bu da onların müştərilərinə öz korporativ kartlarını mobil əlavə ilə sinxronlaşdırmağa və smartfon vasitəsilə ödəniş etməyə imkan verəcək.

Visa şirkəti FireEye ilə birlikdə hazırlanan “Visa Threat Intelligence” servisini istifadəyə verib. Yeni servis ödəniş sənayesinin tələbatını nəzərə alaraq real vaxt rejimində ticarət şirkətləri və banklara təhdidlər barədə informasiya təqdim etməklə, onlara potensial təhlükəni tez qiymətləndirməyə və ona reaksiya verməyə imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər