Kredit kartlarının yaranma tarixi öz başlanğıcını Birləşmiş Amerika Ştatlarından götürür. Əvvəlcə kredit kartı adı altında xüsusi məhsul kartları nəzərdə tutulurdu ki, bu da kart sahibinə müəyyən dükanlarda alış-veriş edərkən endirim və güzəşt qazandırırdı. Alış-veriş etmək üçün verilmiş bu kartlar getdikcə Amerikanın ən böyük otel, dükan və neft kompaniyaları şəbəkələrindən birini əhatə etməyə başladı. Uzaq 1914-cü ildə birinci dünya müharibəsinin başlanması ərəfəsində Amerikanın Western Union kompaniyası dövriyyəyə ilk dəfə müştəri charge card kartını buraxır, bu kart öz sahibinə növbəti uzatma müddəti olmadan da istehlak krediti əldə etmək imkanı verirdi.
Həmçinin də xatırlatmağa dəyər ki, həmin zamanlar amerikanın əksər maliyyə müəssisələrində məhsul kredit kartları xüsusi ilə geniş yayılmışdı, bu kartların əsas vəzifəsi müştərinin bank hesabındakı vəziyyəti izləmək və onun tərəfindən həyata keçirilmiş bütün alış-veriş ilə bağlı informasiyanı nizamlamaqdan ibarət idi.
Bütün bunlar ondan ötrü edilirdi ki, ən varlı, uğurlu və çoxlu alış-veriş edən müştəriləri belə kredit məhsulları vasitəsi ilə dükanlara bağlamaq mümkün olsun. Maliyyə mütəxəssislərinin qeydlərinə görə həmin dövrlərdə geniş yayılmış, populyar yeniliklərdən biri də kredit kitablarıdır. Həmin vaxtlarda dükan sahibləri həddindən çox zəngin müştərilər tərəfindən edilən alış-verişlərdən sonra qəbzləri həmin kitaba toplayırmış. 1928-ci ildə bir sıra amerikan maliyyə təşkilatları plastik formada kredit kartları emissiya etməyə başlayır. Kartların üzərində onu verən təşkilatın ünvanı, həmçinin kart sahibini adı və soy adı, yaşadığı ünvan çap edilir. Həmçinin də eyni andan başlayaraq banklar plastik kartların istifadəsi, həm də ödənişlərin gecikdirilməsi ilə bağlı aylıq xidmət haqqı da tətbiq etməyə başlayırlar.
Amma kredit kartlarının bugünkü görkəm və funksiyalarını əldə etməsi üçün daha 30 il müddət tələb olundu. 1953-cü ildə kredit kartları yenə də məhz Amerikan maliyyə təsisatları tərəfindən hazırda sahib olduğu funksiyalar ilə təchiz edildi, indi bu funksiyalar həmin kartların ayrılmaz bir hissəsinə çevrilib və biz onlarsız bank kartlarını ümumiyyətlə təsəvvür etmirik. Kredit mütəxəssislərinin fikrincə, kredit kartlarının belə modernləşdirilməsi Diners Club-un xidmətinin bəhrəsidir. Onlar Diners restoranlar şəbəkəsinə baş çəkən varlı müştərilərin işini asanlaşdırmaq üçün bu kredit kartları emissiya etmişlər. Amerikada kredit kartlarını həmin dövrdə sadəcə kreditka adlandırırdılar. Qeyd etmək lazımdır ki, restorana ziyarət zamanı müştərilər tərəfindən kredit kartları vasitəsi ilə ödənilən vəsaiti restoran özü yox, məhz Diners Club toplayırdı. Buna görə isə o ümumi məbləğin 7%-ni qazanırdı. Kredit kart sahibləri isə onun istifadəsinə görə isə Diners Club-a ildə cəmi 3 dollar ödəyirdilər.
Növbəti, 1954-cü ildə Amerikanın Franklin National Bankı öz kredit kartını buraxır, demək olar ki, Amerikanın bütün ticarət kompaniyaları bu kartla işləməyə başlayır. Öz kartlarını emissiya etdikdən sonra demək olar ki, bütün Amerika kredit-maliyyə təşkilatları eyni nəticəyə nail olur. Bu addımı atdıqdan sonra, Amerikanın maliyyə təsisatları maliyyə-kredit əməliyyatlarının yeni erasına daxil oldu. Bu eranı həm son dərəcə sürətlilik, həm də ticarət bazarının daha böyük miqyaslı əhatəsi ilə xarakterizə etmək olar.