7 C
Baku
Thursday, December 12, 2024

Kredit kartlarının inkişaf tarixi

Artıq uzun illərdir ki, yer üzündə plastik kartlar istifadə olunur. Belə kartların yaradılması ideyasını hələ 1880-ci ildə “Geriyə baxış” adlı kitabında Eduard Bellami təklif etmişdi. Orada vəziyyət daha futuristik görünürdü, lakin yalnız 1914-cü ildə GPCC adlı kaliforniyalı şirkət öz ödəmə üsullarını tapdı.

Onların şəxsi karton kartları var idi və bu kartların üzərində kart sahibinin məlumatları ya yazılmış ya da möhürlənmiş olurdu. Bu şirkət daha çox Mobile oil adı ilə məşhurdur və hələ o dövrdən neft məhsulları ilə məşğul olur.

İlk “plastik” kartlarla 1928-ci ildə Farrington Manufacturing şirkəti məşğul olurdu. Bu məlumatların həkk olunduğu poladdan hazırlanmış kartlar idi. Kart ilk olaraq İmprinterə daxil edirdilər və bundan sonra ödəniş haqqında məlumat qəbz olaraq çıxarılırdı.

Uzun illər ərzində plastik kartlar müxtəlif dəyişikliklərə məruz qalmış və yeni formalar əldə etmişlər. 60-cı illərdə maqnit zolaqlı ilk plastik kartlar meydana gəldi. 15 il sonra isə Rolan Moreno tərəfindən elektron yaddaşa malik ilk plastik kartlar yaradıldı və qeydiyyata alındı.

Həmçinin 1985-ci ildə Fransada Bull şirkəti daxili mikroprosessorlu ilk smart plastik kartını yaratdı. Mütəxəssislər hesab edirlər ki, plastik kart əsrini “Charge it” adlı ödəmə sistemini yaradan John C. Biggins başlatmışdır.

Məhz belə kredit kartları inkişaf etdi və bu gün bu kartların sayəsində mağazalarda ödəniş etmək asanlaşdı. Etibar etdiyiniz və yaxud artıq əməkdaşlıq etdiyiniz istənilən bankdan plastik kart əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər