5 C
Baku
Saturday, December 14, 2024

Kredit Təşkilatı Mühasib vəzifəsinə vakansiya elan edir

Kredit təşkilatı Mühasib vakansiyası üzrə işçi qəbulu elan edir.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Maliyyə hesabatları və vergi hesabatlarının tərtib edilməsi təcrübəsi (İFRS üzrə sertifikatlaşdırılmış biliklər arzuolunandır);
  • Vergi Məcəlləsi və Əmək Məcəlləsi ilə tanışlıq, bu məcəllələrin mühasibatlıq hesablamalarına aid olan bölmələri üzrə biliklər;
  • MS Office proqram paketinin tətbiqi üzrə yaxşı səviyyədə biliklər;
  • Rus və ingilis dillərində oxuma, yazma.

Əsas vəzifələr:

  • Müəssisənin apardığı əməliyyatların gündəlik olaraq mühasibat uçotunda əks etdirilməsi, həmin əməliyyatların ilkin sənədlərinin adekvatlığının yoxlanması;
  • Balans maddələrinə gündəlik nəzarət, vaxtaşırı inventarizasiyalar keçirilməsi yolu ilə nəzarət;
  • Dövlət orqanlarına (Vergi, DSMF, Statistika, Məşğulluq) təqdim edilməli olan bütün icbari hesabatların tərtib edilməsi və vaxtlı-vaxtında təqdim edilməsi;
  • Aylıq maliyyə hesabatlarının tərtib edilməsi;
  • Müəssisədaxili rəhbərlik hesabatlarının hazırlanması;
  • İşçi heyəti ilə bağlı əmək müqavilələrinin və digər zəruri sənədlərin tərtib edilməsi, elektron hökumət portalında müvafiq rəsmiləşmələrin aparılması, işçilərə əmək haqqı və digər təminatların hesablanması.

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] elektron poçtuna göndərməsi xahiş olunur. Sənədlərin qəbulu üçün son tarix –31.11.2017

Son xəbərlər
Digər xəbərlər