8 C
Baku
Thursday, December 12, 2024

Kredit təşkilatının İdarə Heyətinə sədr təyin edilib

“FinEx Kredit” Bank Olmayan Kredit Təşkilati ASC-nin İdarə Heyətinin sədri (baş icraçı director) dəyişib.

Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə Rəşad Rzayev Fəxrətdin oğlu “FinEx” BOKT-nin sədri təyin edilib.

BOKT-nin buna qədərki sədri isə Rəşad Qasimov Şöhrət oğlu idi.

Rəşad Rzayevin bu vəzifənin icrasına 2023-cü ilin aprelindən başladıöı bildirilir.

R.Rzayev budan öncə “AccessBank” QSC, “Bank Standard” QSC (ləğv edilib) və “Bank BTB” ASC-də çalışıb.

Son vəzifəsi isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində idi.

“FinEx Kredit” BOKT 2013-cü ildə təsis edilib və həmin il Mərkəzi Bankdan lisenziya əldə edib. BOKT-nin 800 min manatlıq səhmlərinin “18.95%-i Şəlalə Tağıyeva, 18.25%-i Raminə Allahverdiyeva, 15.63%-i Azad Cəbrayılov, 14.83%-i Mobil Şərifov, 14.08%-i Tokay Şıxəlizadə, 6.75%-i Tahir Namazov, 4.63%-i Tofiq Cəfərov, 3.25%-i Azər Hacıyev, 2.03%-i Gülnarə Tağıyeva və 1.63%-i Sevil Hidayətovaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər