26 C
Baku
Wednesday, April 24, 2024

Krediti aşağı faizlə necə götürmək olar?

Kredit alarkən əksəriyyətimiz ən aşağı faizlərlə kredit təklif edən banka üstünlük veririk. Necə də olmasa faizlər nə qədər yüksəkdirsə, aylıq ödənişimiz də bir o qədər çox, yəni artıq olacaq. Bəs banka müraciət edəndə ən aşağı faizlər krediti necə almaq olar deyə fikirləşmisiz heç?

Təbii ki, təsəvvür edin, kredit almağa gəlmisiz, ancaq kredit işçisinin qarşısında o qədər də əmin danışmırsız və ya hərəkətləriniz ciddiliyinizi biruzə vermir, normal olaraq kredit işçisində artıq şübpələr yaranacaq və bu heç də xeyrinizə olmayacaq. Ancaq burda psixoloji faktorlardan başqa, eyni zamanda kreditinizin şərtləri də əhəmiyyətlidir. Kredit faizinin aşağı düşməsini istəyirsinizsə aşağıdakı faktorla diqqət yetirin:

  • Müddət;
  • Məbləğ;
  • Dövr (neçənci dəfə kredit götürür);
  • Müsbət kredit tarixçəsi.

Məhz bunlar əksər hallarda faizlərin azalması faktorlarından sayıla bilər. Gəlin ayrı-ayrılıqda faktorları araşdıraq.

Müddət faktoru – krediti hansı müddətə almanızdan asılı olaraq əksər hallarda faizlərdə dəyişmə müşahidə olunur. Yəni misal əgər krediti 1 illik alsanız 30% ilə hesablanacağı halda, 2 illik aldığınız vaxt faizlər 32%-ə yüksələ bilər. Hansı müddətdə krediti almanız eyni zamanda tutulan komisyon haqlarına da təsirsiz ötüşmür. Müddət uzandıqca komisyon haqqları da artır. Qısaca, burdakı əsas məntiq, kreditin müddəti artıqca kredit riskinin artmasından ibarətdir.

Məbləğ faktoru – da kredit faizinə təsir edir. Beləki, misal əgər 2000 AZN məbləğini kreditə götürdüyünüz halda 32% ilə hesablanacaqdısa, 4000 AZN məbləğini kreditə götürsəniz 30% ilə hesablanacaq. Təbii məbləğ artıqca faiz azalsa da, təminat olaraq tələblər artacaq, yəni zamin və ya daşınmaz əmlak tələbi artacaq.

Dövr (neçənci dəfə kredit götürürsünüz) – neçənci dəfə kredit götürdüyünüzdən asılı olaraq faizlər azala bilər. Ancaq bu o demək deyil ki, azalacaq. Misal, bir neçə dəfə kreditin götürülməsinə baxmayaraq faizin və komisyonun azalmamasıda problemi ortaya çıxa bilər ki, bu da müxtəlif hallardan asılı ola bilər. Misal, gecikmənin olması və ya hansısa başqa mənfi səbəb. Təbii ki, dövrlərin sayı çıxaldıqca müştərinin belə deyək siması dəqiqləşir, yəni bank necə müştəri olduğunu dəqiqləşdirir.

Müsbət kredit tarixçəsi faktoru – bəlkə sizdə bu faktorla rastlaşmısınız artıq. Əksər banklarda müsbət kredit tarixçəsi olan müştərilərə illik faizlər aşağı faizlə hesablanır. Misal, əgər adi müştəri üçün 22% ilə hesablanırsa, müsbət kredit tarixçəsi olan müştəri üçün 20% ilə hesablanır.

İndisə gəlin ümumiləşdirək, aşağı faizlər kredit götürmənin ən rahat üsulu əksər hallarda, iri məbləğləri qısa müddətə almaq və eyni zamanda eyni bankla işləyərək yaxşı müştəri simasını yaratmaqdır. Ancaq burda başqa tələbləri də unutmaq olmaz və eyni zamanda hələ bu o demək deyil ki, bütün banklar bu prinsiplərlə işləyirlər. Əksər hallar üçün isə məhz bu yol aşağı faizlə kredit almanın ən yaxşı alternatividir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər