9 C
Baku
Thursday, December 12, 2024

Kreditin bağlanmasına dair arayışa görə ödəniş tələb edilməlidirmi? – VİDEO

Bankların əksəriyyəti tərəfindən  vətəndaşlara verilən kredit tam ödənildikdən sonra borcun bağlanmasına dair arayış üçün əlavə ödəniş tələb edilir.

Banker.az xəbər verir ki, qiymətlər isə 20, 30, 50, manat arasında dəyişir.

Bank işləri üzrə hüquqşünas Samir Qasımov deyir ki, arayış üçün tarifləri bankların özləri müəyyənləşdirir.

Əvvəllər sözügedən arayış üçün 10 -15 manat ödənilirdisə, indi bu məbləğ 50 manata qədər yüksəlib.

Hüquqşünas bildirib ki, ötən il bu məsələ qanunla tənzimlənib.

Buna görə də, banklar istehlak kreditləri üzrə müqavilədə göstərilən müddətə qədər vətəndaşlardan arayış üçün pul tələb edə bilməzlər.

Son xəbərlər
Digər xəbərlər