19 C
Baku
Friday, May 3, 2024

Kreditlər üzrə məhkəmə prosesləri

Bank tərəfindən ödənilməmiş kreditlərin alınması iki hissədən ibarətdir: məhkəmədən qabaq proses, məhkəmə prosesi.

Məhkəmə prosesində kredit götürən və kredit verənin arasında dialoq məhkəmədən kənarda aparılır. Məsələn, aylıq ödənişin azadılması, kreditin ödənilməsi qrafikinin dəyişdirilməsi.

Məhkəmədən qabaq proses Soft-collection və Hard-collection mərhələləri aiddir.

Soft-collection mərhələsində borclu olanla dialoq mobil telefonuna ismarıcların göndərilməsindən, elektron poçt ünvanına məktubların göndərilməsindən və həmçinin telefon zənglərindən ibarətdir.

Hard-collection borclu olana təsir etməyin radikal üsulu hesab edilir. Bu mərhələdə bank tərəfindən borclu olanın evinə, iş yerinə ziyarətlər olur.

Kreditin qaytarılmasına ən ciddi cəhd işin məhkəməyə verilməsidir.

Kreditlərin qaytarılması üzrə məhkəmə prosesi üç mərhələdən ibarətdir: kredit verən tərəfindən məhkəməyə müraciət ərizəsinin hazırlanması, bütün məhkəmə proseslərində iştirak etmək, məhkəmənin qərarına riayət etməsi.

Hər bir mərhələnin öz çətinlikləri və xüsusiyyətləri var. Əgər məhkəməyə müraciət ərizəsi savadlı şəkildə tərtib olunsa, məhkəmə prosesi başlaya bilər. Buna görə kredit verən mütəxəssislərə müraciət etməlidir.

Bundan savayı kredit verən işi məhkəməyə verməmişdən öncə həm öz imkanlarını, həm də borclu olanın imkanlarını sağlam şəkildə dəyərləndirməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər