14 C
Baku
Thursday, May 2, 2024

Kreml Paşinyanın MDB sammitinə videobağlantı vasitəsilə qoşulacağını gözləyir

Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanın oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB sammitində videobağlantı vasitəsilə iştirak edəcəyini gözləyir.

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Putinin köməkçisi Rossiya kanalının “Moskva.Kreml.Putin” proqramına açıqlamasında Ermənistan baş nazirinin şəxsi səfəri barədə məlumatının olmadığını söyləyib.

Qeyd edək ki, MDB-nin baş katibi Sergey LebedevAzərbaycan və Ermənistan liderlərinin birliyin oktyabrda keçiriləcək sammitində iştirakını gözlədiyini açıqlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər