16 C
Baku
Friday, April 26, 2024

Kreml: “Qarabağla bağlı üçtərəfli bəyanat son dərəcə vacib əhəmiyyət kəsb edir”

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əhəmiyyətini sözlə ifadə etmək çətindir”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“İmzalanmış sənədləri həm Azərbaycan, həm də Ermənistan üçün son dərəcə vacib əhəmiyyətli, həmçinin müharibəyə son qoyaraq, regional iqtisadiyyat və infrastrukturun sülh yolu ilə inkişafına şərait yaradan sənədlər kimi qiymətləndiririk”, – o deyib.

“Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirir, təhlükəsizliyi, atəşkəs rejiminin monitorinqini, qaçqınların geri qaytarılması prosesini təmin edirlər. Bu son dərəcə vacib əhəmiyyətə malikdir. Bu səbəbdən imzalanmış sənədlərin əhəmiyyətini sözlə ifadə etmək çətindir”, – Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər