10 C
Baku
Wednesday, December 11, 2024

Kreml Türkiyənin Azərbaycana hərbi personal göndərmək planlarına münasibət bildirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hərbi personal göndərilməsi ilə bağlı fərman layihəsi respublika qanunvericiliyində nəzərdə tutulmuş daxili prosedurdur.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Məsələ ondadır ki, Azərbaycan ərazisində həmçinin monitorinq mərkəzi də olacaq və türk hərbiçiləri orada yerləşdiriləcək. Bu, Türkiyənin qanunvericiliyində nəzərdə tutulmuş prosedurdur. Bu, Türkiyənin daxili işidir. Azərbaycan ərazisində ortaq monitorinq mərkəzinin yaradılması ilə bağlı razılaşmalara gəldikdə, bu, Rusiya ilə Türkiyə arasındakı ikitərəfli müqavilənin nəticəsidir”, – Peskov söyləyib.

Son xəbərlər
Digər xəbərlər