1 C
Baku
Saturday, December 14, 2024

Krım körpüsünün işlək hala gətirilməsi azı gələn ilin sentyabrınadək çəkəcək

Rusiyanın Krım körpüsünü bərpa etmək səyləri davam edir, lakin onun tam işlək vəziyyətə gətirilməsi azı 2023-cü ilin sentyabrınadək çəkəcək.

Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, noyabrın 8-də 64 metr uzunluğundakı zədələnmiş hissənin yenilənməsi ilə əlaqədar körpüdə hərəkət dayandırılıb. Əlavə olunub ki, yolun zədələnmiş seksiyasının bərpası üçün əlavə üç belə hissə quraşdırılmalıdır.

Məlumatda bildirilib ki, Krım rəsmiləri bu hissələrin quraşdırılmasının 20 dekabradək başa çatdırılacağını qeyd ediblər. Lakin Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin martınadək davam edəcək işlərlə əlaqədar yolda fasilələrin ola biləcəyini bildirib.

Britaniya kəşfiyyatının məlumatında zədələnmiş dəmir yolu körpüsünün yenilənməsi ilə bağlı işlərin 2023-cü ilin sentyabrınadək davam edə biləcəyi qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər