28 C
Baku
Saturday, July 27, 2024

Kriptobirjanın qurucusu 2021-ci ildə bitkoinin $300 000-a yüksələcəyini proqnozlaşdırdı

Bitkoinin dəyəri 300 min dollara yüksələ bilər.

Banker.az xəbər verir ki, bu barədə “CNBC”yə verdiyi müsahibədə “BTCC” kriptobirjasının həmtəsisçisi və keçmiş icraçı direktoru Bobbi Li bildirib.

Onun sözlərinə görə. bitkoin yayda 100 min dollar həddini aşacaq və bu ilin sonunda 300 min dollara yüksələcək. Lakin böyümə mərhələsində bitdikdən sonra yenidən “qış” gələcək və köpük partlayacaq. Linin fikrincə, azalma bir neçə il davam edəcək.

Qeyd edək ki, son bir ildə bitkoin təxminən 600% bahalaşıb. 2021-ci ildə valyuta bir neçə dəfə tarixi rekordunu yeniləyib: mart ayının ortalarında bitkoin 60 min dollar həddini keçib, kapitallaşması isə 1 trilyon dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər