16 C
Baku
Wednesday, April 17, 2024

Kriptovalyuta bazarındakı enişin səbəbləri nələrdir?

Kriptovalyuta bazarında son bir həftə ərzində qiymətlərin düşməsinə təsir edən əsas faktorlar Rusiya-Ukrayna müharibəsinin gərginləşməsi və Federal Ehtiyat Sisteminin (FED) uçot faiz dərəcəsinin artırılması ilə bağlı çıxan xəbərlərdir.

Bu barədə kriptovalyuta üzrə ekspert Elnur Quliyev bildirib.

Onun sözlərinə görə, ABŞ-da işsizlik səviyyəsinin artması müşahidə olunur, istehlak qiymətlərinin artması davam edir və bu da məcbur edir ki, FED gələcəkdə dolları daha da gücləndirsin.

“Güclənən dollar paralel olaraq təkcə kriptovalyuta bazarına təsir etməyib, hətta qızıl, neft və fond indeksinin, aktivlərinin enməsinə səbəb olub. Nəzərə almaq lazımdır ki, ABŞ dollar indeksi artıqca bitcoinin qiymətinə təsir edir. Bitkoinin qiyməti düşdükcə digər altkoinlərin qiymətinə təsir edir. Hesab edirəm ki, yaxın aylarda bitkoinin qiyməti 17 min –16.2 min ABŞ dolları aralığına düşdüyünü görə bilərik”, – E.Quliyev qeyd edib.

Ekspert bitkoinin qiymətinin artmasının ikinci ssenari üzrə, yəni yüksək qiymətin maksimum həddi 21-23 min ABŞ dolları arası ola biləcəyini vurğulayıb:

“Bir məqamı aydın anlamaq lazımdır, nə qədər ki, FED dolları gücləndirməyə çalışacaq, kriptovalyutaların qiymətinin qalxma ehtimalı aşağı olacaq. Müvəqqəti olaraq qiymətlərin qalxmasını müşahidə etsək də, bu, real qalxma olmayacaq. Bu bir tələ ola bilər. Adətən böyük düşmədən öncə qiymətlərdə artım olur və istifadəçiləri inandırmağa çalışırlar ki, kriptovalyutaları almaq zamanıdır”.

Qeyd edək ki, hazırda, kriptovalyuta bazarında ən bahalı koin bitkoindir. Bir tokenin qiyməti 19.656 min ABŞ dollardır. İkinci və üçüncü yerdə isə “Ethereum” 1 336 ABŞ dolları və “Tether” 1 000 ABŞ dolları ilə qərarlaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər