29 C
Baku
Wednesday, July 24, 2024

Kriptovalyutaların bazar kapitalizasiyası yeni maksimuma çatdı

Banker.az saytı xəbər verir ki, bütün kriptovalyutaların ümumi bazar kapitalizasiyası yeni maksimuma çataraq, investorlar tərəfindən artan maraq fonunda 60 milyard dollar həddini geridə qoyub.

Coinmarketcap-ın verdiyi məlumata görə, 18 may tarixində aş tutan hərracda göstərici 63,5 milyard dollara çatıb. Göstərici həftə ərzində 18, ay ərzində 115, rüb ərzində 220% artıb.

Ekspertlər qeyd edirlər ki, bu sağlam artımın əsas səbəblərindən biri, insanların gün keçdikcə kriptovalyuta və onların investisiya nöqteyi-nəzərindən üstünlükləri haqqında daha çox məlumat əldə etməsi faktıdır.

Octagon Financial şirkətinin baş treyderi Rayan Rabagli-nin sözlərinə görə, kriptovalyuta bazarının inkişafı KİV-də tez-tez işıqlandırılır ki, bu da investorları cəlb edir.

Son xəbərlər
Digər xəbərlər