Beynəlxalq Kruiz Xətləri Assosiasiyası (CLIA) kruiz laynerlərinin son 14 gündə Çinə səyahət etmiş sərnişinləri qəbul etməyəcəyini açıqlayıb.
“Kommersant” xəbər verir ki, yeni qaydalar yanvarın 31-dən qüvvəyə minib.
Məhdudiyyətlər Çində 360-dan çox insanın ölümünə səbəb olan yeni növ koronavirusun yayılması səbəbindən tətbiq olunub.
Qeyd edək ki, CLIA 60-dan çox şirkəti, o cümlədən “American Cruise Lines”, “Costa Cruises”, “Disney Cruise Line”, “Oceania Cruises”, “Regent Seven Seas Cruises”, “Royal Caribbean International”, “TUI Cruises” kimi məşhur şirkətləri özündə birləşdirir.
©Report