Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab edir.
Bu barədə jurnalistlərə qurumun katibliyindən bildirilib.
Baş nazir Nikol Paşinyanın bəyanatları ilə əlaqədar olaraq təşkilat Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olduğunu açıqlayıb.
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müvafiq şərhinə diqqət edək: “Paşinyan KTMT-dən çıxdığımızı deməyib, nə vaxt çıxacağımıza qərar verəcəyimizi söyləyib”.
“Bu baxımdan, Ermənistanın KTMT tədbirlərində iştirakının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, ölkə təşkilatın tamhüquqlu üzvü olaraq qalır”, – deyə katiblikdən qeyd edilib.