6 C
Baku
Sunday, December 15, 2024

KTMT Müdafiə Nazirləri Şurasının iclasının tarixi dəqiqləşdi

Mayın 24-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

Banker.az xəbər verir ki, iclasda müdafiə nazirləri mövcud geosiyasi vəziyyətdə hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri müzakirə edəcəklər.

İclasa videokonfrans vasitəsilə Ermənistanın müdafiə naziri Suren Papikyan sədrlik edəcək.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistanın müdafiə nazirləri, KTMT-nin baş katibi Stanislav Zas və KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov iştirak edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər