Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanda səfərdədir.
“Aysor” xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Baş nazir Nikol Paşinyan S.Zası qəbul edəcək.
KTMT-nin baş katibi Ermənistanın Xarici İşlər və Müdafiə nazirlikləri, habelə Təhlükəsizlik Şurasında bir sıra görüşlər keçiriləcək.
Səfər avqustun 10-da başa çatacaq.