8 C
Baku
Tuesday, March 19, 2024

KTMT sülhməramlı qüvvələrinin Qazaxıstandan çıxarılmasına başlanıb

Yanvarın 13-də Almatıda KTMT-nin Qazaxıstan Respublikası ərazisində sülhyaratma əməliyyatının başa çatması mərasimi keçirilib.

KTMT Kollektiv Sülhməramlı Qüvvələrinin kontingentləri təmtəraqlı yürüş keçiriblər.

Əməliyyat iştirakçıları qarşısında çıxış edən Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının baş katibi Stanislav Zas bildirib ki, KTMT-nin Qazaxıstan Respublikası ərazisində ölkə rəhbərliyinin xahişi ilə keçirdiyi sülyaratma əməliyyatı mərhələli şəkildə başa çatdırılır. “Qazaxıstan tərəfin iradəsinə uyğun olaraq sülhməramlılar planlaşdırılmış müddətdə daimi yerləşmə məntəqələrinə qayıdacaqlar”.

“Qazaxıstan ərazisində sülhyaratma əməliyyatı KTMT-nin Kollektiv Qüvvələrinin ilk real tətbiqi oldu, burada Siz peşəkarlığınız və birgə fəaliyyətinizlə dövlətlərimizin istənilən şəraitdə vahid döyüş cərgəsində çiyin-çiyinə ümumi təhlükəsizlik məkanını müdafiə etməyə hazır olduğunu əyani şəkildə göstərdi. KTMT-nin müdafiə potensialının böyük səmərəliliyini və real təsirini nümayiş etdirdi”, deyə baş katib bildirib.

O qeyd edib ki, “KTMT sülhməramlılarının, Qazaxıstan Respublikasının silahlı qüvvələrinin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş kollektiv fəaliyyəti sayəsində ölkədə vəziyyət sabitləşdi”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv sülhməramlı qüvvələri KTMT Kollektiv Təhlükəsizlik Şurasının 6 yanvar 2022-ci il tarixli qərarına uyğun olaraq Qazaxıstana vəziyyətin sabitləşdirilməsi və normallaşdırılması üçün vaxt məhdud olan bir dövrə yönəldilmişdir.

Son xəbərlər
Digər xəbərlər