KTMT-yə sədrlik Qazaxıstana keçdi

2024-cü il yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik Belarusdan Qazaxıstan Respublikasına keçib.

Bu barədə qurumun məlumatında bildirilib.

KTMT 2024-cü il üçün Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanda 7 birgə hərbi təlim keçirməyi planlaşdırır.

KTMT-nin builki prioritetlərinə beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, BMT və onun strukturları, Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi daxildir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər