Kuba özünün unikallığı ilə seçilən bir ölkədir. Ölkə həyatının bir çox cəhətlərini əhatə edən bu unikallıq özünü bir sıra qadağalarda da göstərmişdir. Beləliklə, ölkənin sahib olduğu bir sıra “Qadağa” siyahısı ilə tanış olaq.
Ölkədə öndə gedən bir çox ölkələrin bayraqlarının yandırılması
Buna səbəb isə bayraqların ölkə rəhbərlərinin deyil, məhz həmin ölkənin haqlarını təmsil etdiyinə inanmalarıdır.
Ölən şəxsin pis insan olmasına baxmayaraq onun ölümünə sevinmək
Burada ölən şəxs nə qədər pis insan olsa belə, onun ölümünə sevinmək qadağandır. Çünki ailəsinin kədərinə hörmət edilir.
Kiminsə qarşısında diz çökmək
Bu qadağanı qeyri-adi adlandırmaq bir mənada düzgün olmazdı.
Azadlığı itirmək
Kubada azadlığın verdiyi gücü itirmək qadağandır.
Fidel Castro-nun heykəlini yaratmak və abidə qoymaq
Kubaın sosialist inqilabçı lideri Fidel Castro-nun heykəlini yaratmaq, ona abidə qoymaq və sitayiş etmək qadağandır.
Tarixi düşmənlərin şəxsi həyatından danışmaq
Kubada tarixi düşmənlərin şəxsi həyatları barədə danışmaq qadağan edilmişdir. Deyilənlərə görə, burada “Clinton ve Monica Lewinsky” məsələsi barədə bir kubalının belə danışdığını görən olmayıb.
Xalq iqtidarına qarşı işlərdə iştirak etmək
Xalqın iqtidarına və yaşayış tərzinə qarşı nəzərdə tutulmuş işlərdə işləmək və onunla məşğul olmaq qadağandır.
Kubada cahillik qadağandır!
Mədəni cəhətdən “korlanmaq” qadağandır
Uşaqların küçəyə atılması qadağandır
Uşaqların kimsəsiz şəkildə küçələrə atılaraq küçələrdə gecələmələri qadağandır.
Əhali arasında sosial təbəqə fərqlərinə göz yummaq
Dövlətin az sayda olan varlının çox var-dövlətə, çox sayda yoxsulun az sayda var-dövlətə sahib olmasına göz yumması qadağandır.
Gənclərin universitet təhsili almaması
Dünyanın hər hansı bir ölkəsində təhsil almaq imkanı olmayan gənclərin arzularına qovuşmaq üçün nə edəcəklərini bilmədən çarəsiz şəkildə qalması qadağandır. Bu məqsədlə ELAM (Latın Amerika Tibb məktəbləri) yaradılmışdır.
Sağlamlıqla bağlı problemlərin aradan qaldırılmaması
Ölkədə müayinə və əməliyyat üçün pul olmadığından həkimə getmək imkanını itirmiş insanların olması qadağandır.