18 C
Baku
Monday, April 29, 2024

Kubinkada köhnə evlər sökülür, yerində premium binalar tikilir – Video

Yasamalın Kubinka adlanan ərazisinin Cəlil Məmmədquluzadə və Zivər bəy Əhmədbəyov küçələrində yaşı 200-dən çox olan köhnə, uçuq, təhlükəli binalar sökülür.

Tezliklə yaşamaq üçün yararsız, istismar müddəti bitən bu binalar yeniləri ilə əvəz olunacaq.

Ərazidə 15 bloklu 11 bina inşa ediləcək. Premium klass mənzillərin olması nəzərdə tutulub. Binalar 3 liftlə təmin olunacaq. Bundan başqa, ərazidə 2500 ağacın əkilməsi də nəzərdə tutulub. Həmçinin, park, idman meydançaları və uşaqlar üçün əyləncə meydançaları olacaq.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər