2 C
Baku
Saturday, December 14, 2024

Kuroda: Yaponiya Bankı pandemiyanın təsiri ilə mübarizə üçün əlindən gələni edəcək

Mərkəzi Bank pulun çapını sürətləndirmək, bazar əməliyyatları üçün alətləri artırmaq və faiz dərəcələrini azaltmaq kimi stimullaşdırıcı vasitələrə malikdir, deyə Kuroda parlamentdə çıxış edərkən bildirib.

Bankeraz bu barədə ” Vesti.ru”ya istinadən xəbər verir.

O, Yaponiya Bankının bundan sonrakı addımlarının tələbin stimullaşdırılmasına deyil, pul qıtlığı yaşayan şirkətlərə yardım göstərməyə yönəldiləcəyini açıqlayıb.

“Bizim üçün ən başlıcası korporativ maliyyələşdirməni yumşaltmaq və bazarları sabitləşdirmək üçün tədbirlər görməkdir”, – deyə Kuroda bildirir. – Biz Mərkəzi Bank olaraq sıx əməkdaşlıq edərək əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, COVID-19 pandemiyası və koronavirusun yayılmasına nəzarət tədbirləri Yaponiyanın dərin tənəzzüllə üzləşmə ehtimalını gücləndirir.

Kuroda bələdiyyə istiqrazlarının mərkəzi bankın satın alacağı aktivlər siyahısına daxil olma ehtimalını istisna edərək, buna hələ ehtiyac görmədiyini söyləyib.

Mərkəzi Bankın rəhbəri Yaponiya iqtisadiyyatının perspektivlərini “son dərəcə qeyri-müəyyən” adlandıraraq, bunların pandemiyanın qarşısını almağın nə zaman mümkün olacağından asılı olduğunu qeyd etdi.

Son xəbərlər
Digər xəbərlər