Koreya Xalq Demokratik Respublikasının (KXDR) 14-cü Ali Xalq Məclisinin 9-cu sessiyası zamanı bir neçə yeni nazir və KXDR Mərkəzi Bankının yeni rəhbəri təyin edilib.
TASS agentliyi bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Vurğulanıb ki, sessiya zamanı, həmçinin suvarma və əlillərin hüquqları ilə bağlı bir sıra qanunlar da qəbul edilib.