29 C
Baku
Thursday, June 30, 2022

Ləğv olunmuş bank rəhbərliyinə hökm oxunub

Ləğv olunmuş “Royal Bank”ın sabiq direktoru Fuad Cama və atası, bankın Müşahidə Şurasının keçmiş sədri Əli Cama hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə F.Cam 13 il və Ə.Cam isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror F.Camın 14 il və Ə.Camın isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, beynəlxalq axtarışda olmuş F.Cam 2020-ci ilin aprel ayında xarici ölkələrin birində saxlanılaraq Azərbaycana gətirilib. Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınır.

Bankın Müşahidə Şurasının sabiq sədri olmuş Ə.Camın barəsində isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham irəli sürülüb.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub.

Son xəbərlər
Oxşar xəbərlər