17 C
Baku
Monday, May 27, 2024

“Ləhiş” bağlarına qaz verildi

Sabunçu rayonu Maştağa qəsəbəsi “Ləhiş bağları” adlandırılan ərazidəki yeni massivə təbii qaz verilib. 147 fərdi yaşayış evinin qazlaşdırılmasına 2019-cu ilin sentyabr ayında başlanılıb. Bu işlərin icrası üçün ümumi uzunluğu 10 min metrə yaxın müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb. 

Qeyd edək ki, Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması 2019-cu ildə qəbul olunmuş dövlət proqramı əsasında icra olunur. Həmin proqramda 22 yeni yaşayış massivinin qazlaşdırılması əksini tapıb. Artıq yaşayış massivlərinin 17-də qaz açılışları baş tutub, digər 5 massivdə tamamlanma işləri aparılır və yaz aylarına qədər mavi yanacağın verilişi təmin olunacaq.

Bakı şəhərində qazlaşdırılmış bir neçə yaşayış massivindən hazırlanan video materialı aşağıdakı “Youtube” ünvanından izləyə bilərsiniz:  https://youtu.be/gqRkVVDWmKU

IMG 2137 scaledIMG 2122 scaled

Son xəbərlər
 ⁠
Digər xəbərlər