17 C
Baku
Saturday, May 4, 2024

Laçın hava limanında tikinti işləri bu tarixdə yekunlaşacaq

Laçın beynəlxalq hava limanında tikinti işləri 2024-cü ilin sonu – 2025-ci ilin əvvəllərində yekunlaşacaq.

Bu barədə  “AzVirt” MMC-nin media meneceri Ceyhun Səfərov məlumat verib.

“Mürəkkəb coğrafi mövqeyinə görə hazırda liman ərazisində torpaq işləri görülür. Bu işlər, öz növbəsində, hava şəraitindən asılıdır. Obyektlərin vaxtında təhvil verilməsi üçün bütün qüvvələr səfərbər edilib. Hesab edirik ki, işlər (tikinti – İF) 2024-cü ilin sonu – 2025-ci ilin əvvəllərində yekunlaşacaq”, – deyə C.Səfərov bildirib.

Onun sözlərinə görə, hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni 60 metr, perronun sahəsi 47 min kvadratmetr təşkil edəcək.

Media meneceri əlavə edib ki, şirkət Qarabağ və Şərqi Zəngəzurda da avtomobil yollarının tikintisini həyata keçirir. O, xüsusilə Füzuli-Əhmədbəyli, Füzuli-Hadrut, Kəlbəcər-Laçın və digər avtomobil yollarını qeyd edib.

C.Səfərovun sözlərinə görə, 2022-ci ilin sonunadək Füzuli-Hadrut avtomobil yolunun istismara verilməsi planlaşdırılır.

Laçın aeroportu Qarabağ və Şərqi Zəngəzurda inşa edilən sayca üçüncü hava limanı olacaq. 2021-ci ilin sentyabr ayında Füzuli hava limanı istismara verilib, 2022-ci ilin oktyabrında isə Zəngilan hava limanının açılışı olacaq.

Daha əvvəl Prezident İlham Əliyev Laçın hava limanının 2025-ci ildə istismara veriləcəyini bildirmişdi. (İnterfaks-Azərbaycan)

Son xəbərlər
 ⁠
Digər xəbərlər