Lady Gaga-ya Bakıda ifasına görə böyük məbləğ ödənildi

Eurosport nəşrinin verdiyi məlumata görə, məşhur amerikalı müğənni Lady Gaga-ya Bakıda Avropa oyunlarının açılış mərasimində 10 dəqiqəlik ifasına görə 2 milyon dollar ödənilmişdir.

Dünyaca məşhur müğənninin açılış mərasimində çıxışı ciddi sirr şəklində qorunub saxlanırdı. Müğənninin özü Instagram səhifəsində “Mən hardayam?” sualı ilə pərəstişkarlarını maraq içərisində qoymuşdu.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər