27 C
Baku
Saturday, July 27, 2024

Lagard AMB-nin yenilənməsinə hazırlaşır

Avropa Mərkəzi Bankının rəhbəri olan Kristin Lagard, bankın strategiyasını yenidən nəzərdən keçirəcəyini bildirib. Bank rəhbərinin qeyd etdiyi kimi, bu proses bir ilədək davam edə və sonuncu dəfə 2003-cü ildə müzakirə edilən inflyasiya oriyentirinin dəyişməsinə gətirib çıxara bilər.

Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu prosesin bir hissəsi olaraq bərabərsizlik, texnologiya və iqlim dəyişikliyi kimi problemlərə baxılacaq.

Avropa Mərkəzi Bankının böyük planları var və bəzi analitiklər onların bankın real imkanları ilə bağlı olmayan gözləntilərin yaranacağından qorxurlar.

Mütəxəssislərin fikrincə, keçmiş iqtisadçı deyil, siyasətçi olan Kristin Lagard, strategiyaya yenidən baxmaq qərarı ilə bir az gecikib. Mənfi faiz dərəcələri və aktivlərin geri alınması kimi radikal tədbirlər bəzi ölkələrdə populyar deyil.

Rəhbərlik Şurası özünə daha çox vaxt qazandırmaq üçün ikigünlük iclasını daha tez keçirməyi planlaşdırır. Məmurlar inflyasiyanın aşağı olmasının səbəblərini öyrənmək istəyirlər, bununla birlikdə inkişaf etmiş ölkələrin əksəriyyəti oxşar çətinliklərlə üzləşirlər. Analitiklər mümkün səbəblər arasında qloballaşma, texnologiyalar və əmək standartlarının zəifləməsini göstərirlər.

Son xəbərlər
Digər xəbərlər