12 C
Baku
Wednesday, December 11, 2024

“Land Rover” üç markaya bölünəcək

“Jaguar Land Rover” həm ana şirkətin, həm də “Land Rover” brendinin biznesinin yenidən qurulmasını və adının dəyişdirməsini elan edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Böyük Britaniya avtomobil istehsalçısının bildirdiyinə görə, konsern indi rəsmi olaraq JLR adlanacaq və onun tərkibinə bir anda dörd brend – “Jaguar”, “Range Rover”, “Defender” və “Discovery” birləşəcək.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, “JLR” biznesin inkişafı çərçivəsində növbəti beş il ərzində elektromobillərin, avtopilot sistemlərinin, süni intellektin və digər rəqəmsal texnologiyaların inkişafına 15 milyard sərmayə qoymaq niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər