26 C
Baku
Saturday, July 27, 2024

Latviya Belarusla əməkdaşlığa dair razılaşmanı dayandırır

Latviya hökuməti sentyabrın 9-dan Belarusla iqtisadi, elmi-texniki əməkdaşlığa dair razılaşmanı dayandırmaq haqqında qərar qəbul edib.

Bu barədə Latviya Nazirlər Kabineti məlumat yayıb.

Latviya hökuməti Belarusun beynəlxalq hüquq normalarını pozduğu və Rusiyanın Ukraynada apardığı müharibəni dəstəklədiyi üçün bu qərarı qəbul etdiyini bildirib.

Belarusla Latviya hökumətləri arasında sənaye, maliyyə, nəqliyyat, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə 2004-cü ildə ikitərəfli razılaşma imzalanıb.

 

 

Son xəbərlər
Digər xəbərlər