Latviya müdafiə xərclərini artıra bilər, çünki planlaşdırılan 2,5% kifayət etməyə bilər.
Bunu ölkə Prezidenti Eqils Levits deyib.
“Bu gün təhlükəsizlik bizim siyasətimizin prioritetidir. ÜDM-in 2,5%-i artıq ayrılıb, lakin bu, kifayət etməyə bilər və biz buna hazır olmalıyıq”, – Eqils Levits bildirib.
Bundan əlavə, prezident hərbi xidmətə çağırışın bütün ölkə vətəndaşlarına, o cümlədən qadınlara şamil edilməsini təklif edib:
“Düşünürəm ki, bu məsələdə bərabərlik olmalıdır, mən cinsindən asılı olmayaraq, müəyyən yaşda olan bütün Latviya vətəndaşları üçün hərbi xidmətin tətbiqi ideyasını dəstəkləyirəm”.