26 C
Baku
Saturday, July 27, 2024

Latviya səfiri Rusiya XİN-ə çağırılıb

Latviyanın Moskvadakı səfiri M.Riekstinş Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Latviyada sovet memoriallarının sökülməsi ilə bağlı davam edən dövlət siyasəti ilə əlaqədar Latviya diplomatik missiyasının rəhbərinə kəskin etiraz bildirilib.

“Eyni zamanda, səfirin Rusiya əleyhinə açıq bəyanatlarına, xüsusən də Riqanın sovet döyüşçülərinin abidələrini sökməsinə diqqət çəkilib. Qeyd olunub ki, Rusiyada işləyən diplomatın neofaşist ruhlu bu cür bəyanatları qəbuledilməzdir. Söhbət zamanı M.Riekstinsə Latviya hakimiyyətinin Riqadakı “Moskva Evi” mədəniyyət mərkəzinin və Yurmaladakı “Yantarnı Bereq” sanatoriyasının Rusiya əmlakının mümkün müsadirəsi məqsədi ilə işinə maneçilik törətməyə yönəlmiş qanunsuz addımlarından da danışılıb. Bu və digər düşmənçilik hərəkətlərinə görə bütün məsuliyyətin tamamilə Latviya tərəfinin üzərinə düşdüyü vurğulanıb. Riqa üçün şübhəsiz ki, həssas olacaq asimmetrik addımlar da daxil olmaqla, cavab addımları atmaq hüququmuzu özümüzdə saxlayırıq”,- deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər