15 C
Baku
Wednesday, May 22, 2024

Latviya Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə qoşulub

Latviya G7-nin Ukrayna üçün Təhlükəsizlik zəmanətləri barədə Bəyannaməsinə qoşulub.

Bu barədə Latviyanın Baş naziri Krişyanis Karinş tviter səhifəsində bildirib.

 

“Latviya Ukraynanın dəstəklənməsi barədə G7 Bəyannaməsinə qoşulub. Tərəfdaşlarımızla birlikdə Ukraynanı Rusiyanın təcavüzünə qarşı mübarizədə lazım olduğu qədər dəstəkləyəcəyik”, – deyə Karinş qeyd edib.

O, həmçinin əlavə edib ki, Latviya Ukraynaya qarşı təcavüzə görə xüsusi beynəlxalq tribunalı gözləyir.

Xatırladaq ki, iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitində G7 ölkələri Ukrayna üçün Təhlükəsizlik zəmanətləri barədə ümumi Bəyannamə qəbul ediblər. Ukrayna üçün təhlükəsizlik zəmanətlərini indiyədək Çexiya, Danimarka, Niderland, Norveç, İspaniya, İsveç, Latviya və Rumıniya dəstəkləyib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər