Noyabrın 25-də Latviyanın iqtisadiyyat naziri Dana Reyznietse-Ozola sahibkarlardan ibarət nümayəndə heyətinin müşayiəti ilə Azərbaycana gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbədən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan-Latviya biznes forumu keçiriləcək. Forumda tibb və əczaçılıq, orqanik gübrə istehsalı, təhsil, ərzaq məhsullarının istehsalı, logistika, İKT, maliyyə, layihələndirmə və memmarklıq sahələrində ixtisaslaşan Latviyanın 20 şirkətinin nümayəndələrinin iştirakı planlaşdırılır.
Bundan başqa, həmçinin Latviyanın nümayəndə heyəti 23 noyabr tarixində Bakıda start götürən “Azərbaycanda Latviya Günləri”nə həsr olunan tədbirlərdə iştirak etməyi planlaşdırır.