25 C
Baku
Saturday, July 27, 2024

Lavrov deyir ki, Ukraynanı Əfqanıstanın taleyi gözləyir

NATO Rusiyanın narahatlığını eşitmək istəmir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qərb Ukraynada böhranın kəskinləşməsinə gətirib çıxarır, əlavə strateji risklər yaradır.

“Qərb Ukraynanın Rusiya Federasiyasının maraqlarını nəzərə alan konstruktiv həllini istəmir. Ukraynanı faktiki olaraq Əfqanıstanın taleyi gözləyir. Kollektiv Qərb üçün Ukrayna ilə bağlı səhvini etiraf etmək çətindir, lakin o, bunun fərqindədir”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Ukrayna və Böyük Britaniya arasında təhlükəsizliyə dair sazişi də şərh edib. Bildirib ki, Ukraynanın təhlükəsizliyinə dair razılaşma Kiyevin NATO-ya qəbulu ilə bağlı risklərin dərk edilməsi fonunda “polufabrikat”a çevrilib.

“Rusiya digər ölkələrlə Ukrayna arasında razılaşmaların əleyhinə deyil, lakin bu, Moskvanın məqsədlərini dəyişmir, xüsusi əməliyyatın məqsədlərinə nail olunacaq

Rusiya xüsusi əməliyyatın məqsədlərinə inadla və ardıcıllıqla nail olacaq”, deyə Lavrov əlavə edib.

Rusiya XİN başçısı ölkəsinin Ukrayna ətrafında nizamlanma ilə bağlı Qərbin siqnallarına fəlsəfi yanaşdığını, Moskvanın danışıqlardan imtina etmədiyini söyləyib.

O, Rusiyanın Ukraynada hansısa formada məğlub olmasının mümkün olmadığını da qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər