23 C
Baku
Friday, April 26, 2024

Lavrov iranlı həmkarı ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşəcək.

Bu barədə Lavrov suriyalı həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“İyulun 19-da Tehranda keçirilən sammitdə üç prezidentin birgə bəyanatı qəbul edildi. Təbii ki, biz liderlərimizin razılaşmalarının tam şəkildə həyata keçirilməsi üçün zəruri olan əməli addımlara diqqət yetiririk. Bu mövzu, təbii ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya son səfəri zamanı RF Prezidenti ilə ətraflı danışıqlar apararkən əsas mövzulardan biri idi. Eyni mövzu mənim İranın xarici işlər naziri ilə yaxın gələcəkdə gözlənilən növbəti görüşümdə də əsas mövzulardan biri olacaq”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər