6 C
Baku
Saturday, December 14, 2024

Lavrov Rusiya iqtisadiyyatının dollardan mərhələli şəkildə imtina etməsi barədə danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, “The Times of India” qəzetinə verdiyi müsahibədə Rusiya iqtisadiyyatının dollardan mərhələli şəkildə imtina etməsi barədə danışıb.

Banker.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

Nazir qeyd edir ki, dollardan imtina edilməsi ABŞ hakimiyyət orqanları tərəfindən “sanksiya təzyiq alətləri” nin çox aqressiv istifadəsi fonunda baş verir.

“Bizim əsas tərəfdaşlarımızla, o cümlədən Hindistanla ikitərəfli ticarət və investisiya əlaqələrinin inkişafına qoyulan məhdudiyyətlərin mənfi təsirini azaldacaq iqtisadi və hüquqi mexanizmlər üzərində işləyirik. Prioritet sahələrdən biri də milli valyutada hesablaşmaların genişləndirilməsidir”, – Lavrov bildirir.

Buna misal olaraq, Çin və Türkiyə ilə milli valyutalarda hesablaşmalar və ödənişlər haqqında hökumətlərarası sazişləri, habelə BRİKS çərçivəsində mərkəzi banklar tərəfindən müvafiq müxbir hesablarının qarşılıqlı açılmasına dair müqavilələri misal gətirmişdir.

“Rusiya iqtisadiyyatın mərhələli dedollarlaşma xəttini davam etdirir”.

Son xəbərlər
Digər xəbərlər