7 C
Baku
Saturday, April 13, 2024

Lavrov: “Rusiya rəhbərliyinin iradəsini heç bir sanksiya qıra bilməz”

Heç bir sanksiya rusiyalıların və Rusiya rəhbərliyinin iradəsini qıra bilməz.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, tarixi həqiqəti müdafiə etməyə çalışan Rusiya rəhbərliyinin iradəsini heç bir sanksiya qıra bilməz.

“Heç bir cəza, heç bir sanksiya rusiyalıların, Rusiya rəhbərliyinin tarixi həqiqəti qorumağa, Rusiya Federasiyasının qanuni maraqlarını müdafiə etməyə və sərhədlərimizdə təhlükəsizliyimizə birbaşa təhdidlərin yaranmasının qarşısını almağa yönəlmiş iradəsini qıra bilməz”, – Lavrov Qələbə Günü münasibətilə XİN-də xatirə lövhəsi önünə gül dəstələri qoyulması mərasimində çıxış edərkən qeyd edib.

Rusiya XİN başçısı bildirib ki, hazırda dünyanın gələcəyi və bu dünyanın necə olacağı təhlükə altındadır: “Birqütblü, Vaşinqtonun tam nəzarəti altında, yaxud ədalətli və demokratik… Biz, dünya ölkələrinin böyük əksəriyyəti ilə birlikdə məhz ədalətli və demokratik dünyanın tərəfdarıyıq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər