7 C
Baku
Tuesday, December 3, 2024

Lavrov: “Üçtərəfli bəyanatlar “yol xəritəsi”dir, hamı bunları rəhbər tutmalıdır”

“Bizdə ümumi anlayış var ki, proses gedir. Əlbəttə ki, prosesin daha sürətli templə getməsini istərdik. Lakin buna baxmayaraq, proses gedir, qısa müddət ərzində müsbət nəticələr əldə olunub”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi haqda bildirib.

“Şübhə yoxdur ki, yekun razılaşma əldə olunacaq. Biz çalışırıq ki, buna hərtərəfli kömək edək. Əlbəttə ki, tərəflərin özünəməxsus baxışları var, hansı ki, heç də hər zaman üst-üstə düşmür. Lakin tərəfdaşlarımızın bir anlayışı var ki, ali səviyyədə qəbul olunan üç bəyanat aydın “yol xəritəsi”dir, hansı ki, biz hamımız bunları rəhbər tutmalıyıq”, – Rusiya XİN başçısı vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər