“Legion Financial” ASC hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd adi, sənədsiz, adlı səhmlər buraxır.
Banker.az bunu şirkətin yayımladığı emissiya prospekti və ya informasiya memorandumuna istinad edir.
Səhmlərin ümumi həcmi 95 min manatdır.
Anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.
Hazırda bu şəxslərin şirkətdə səhmləri var:
- İsmayılov Turan Mübariz oğlu 13 000 ədəd (57.91%)
- Süleymanlı Rahim Rəhman oğlu 5 600 ədəd (24.94%)
- Soltanov Rövşən Rafiq oğlu 2 500 ədəd (11.14%)
Mühüm iştirak payının sahibi tərəfindən Emitentə nəzarət Emitentin nizamnaməsinə və Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Cəmiyyətin ali idarəetmə orqanı onun Səhmdarlarının Ümumi Yığıncağıdır. Ümumi Yığıncaq Emitentin fəaliyyəti ilə bağlı istənilən məsələni müzakirə edə bilər. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Ümumi Yığıncaq nizamnamə kapitalında ən azı 60 % səhmə malik olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır.