12 C
Baku
Wednesday, April 24, 2024

“Lenovo” Bakıda regional mərkəz yaradır

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lenovo ISG”-nin baş vitse-prezidenti Vilfredo Sotolonqonun rəhbərlik etdiyi aparıcı beynəlxalq “Lenovo” texnoloji şirkətinin nümayəndə heyəti ilə görüşüb.

Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, şirkətin ölkəmizdə fəaliyyət göstərən rəsmi nümayəndəliyi genişləndirilərək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcək. Eyni zamanda Azərbaycanda birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması ilə bağlı təkliflər səsləndirilib.

Öz növbəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vurğulayıb ki, vergi, miqrasiya, gömrük qanunvericiliyinə və “Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklər hazırlanıb. Bu dəyişikliklər sayəsində sistem inteqrasiyası və proqram təminatının hazırlanması ilə məşğul olan İT şirkətləri Azərbaycanda fəaliyyət göstərərkən xeyli imtiyazlar əldə edəcəklər.

Qeyd edək ki, infrastruktur həlləri, serverlər, məlumat saxlama sistemləri və digər müasir texnoloji avadanlıqların istehsalı ilə məşğul olan “Lenovo” 180-dən çox bazarda fəaliyyət göstərir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər