23 C
Baku
Saturday, April 20, 2024

“Lenovo” dünyanın ilk şəffaf ekranlı noutbukunu təqdim edib

Barselonada keçirilən “Mobile World Congress 2024” toplantısında “Lenovo” özünün ən son yeniliyini – “ThinkBook Transparent Display Laptop Concept” adlanan dünyanın ilk şəffaf ekranlı noutbukunu təqdim edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Noutbuk unikal displeydən əlavə, rəssamlara və digər yaradıcı şəxslərə öz ideyalarını reallaşdırmaq üçün yeni imkanlar təklif edən sensor klaviatura ilə təchiz edilib. Süni intellektin inteqrasiyası noutbukun qapağına yerləşdirilmiş kameraya şəffaf ekranın arxasındakı obyektləri tanımağa və onlar haqqında məlumatları göstərməyə imkan verir və bununla da interaktiv istifadəçi təcrübəsini zənginləşdirir.

scale 1200 1

scale 1200

Təqdim olunan noutbuk hazırda bir konseptdir və “Lenovo” onun tezliklə buraxılması planlarını hələ açıqlamayıb. Bununla belə, “Lenovo”nun “ThinkPad” məhsullarının icraçı direktoru Tom Batlerin sözlərinə görə, yaxın beş il ərzində şirkətin diqqətini bu texnologiyanın inkişafına yönəldəcəyi və daha geniş istifadəçilər üçün əlçatan olan şəffaf ekrana malik cihazı təqdim edəcəyi ehtimalı yüksəkdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər